Moskvada qolf üzrə Rusiya çempionu, idman ustası Artyom Nesterov məhkəmənin qərarı ilə istintaqın aparıldığı müddətə iki aylıq həbs edilib.
Ötən cümə günü, avqustun 11-də Moskva yaxınlığındakı Ryazanskoye yaşayış məntəqəsində qarın nahiyəsində bıçaq yaraları olan və başı bədənindən ayrılmış qadın meyiti aşkarlanıb. Müəyyən edilib ki, başsız meyit 66 yaşlı qadına məxsusdur.
Qəddar qətlin həyata keçirilməsində şübhəli bilinərək mərhum qadının oğlu - qolf üzrə Rusiya çempionu Artyom Nesterov ertəsi gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
A.Nesterov qətli özünün törətdiyini etiraf edib. Bildirilir ki. anasını öldürdükdən sonra idmançı öz həyat yoldaşına zəng vuraraq törətdiyi hadisə barədə məlumat verib./virtualaz.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?