"Rusiya ümid edir ki, Türkiyə ölkədə yaranan daxili isyasi problemlərin həllini tapmaq üçün müxalifət ilə dialoqu qaydaya salacaq." Bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya-Aİ sammitinin yekunları üzrə mətbuat konfransında bildirib.
O deyib: "Ümidvarıq, Türkiyə rəhbərliyi müxalifət və vətəndaş cəmiyyəti ilə dialoqda, bu gün ölkədə yaranan bütün qəliz problemlərin həllini tapa biləcək və bu etiraz aksiyaları konstruktiv formata keçəcək və insanların bir birilərini dinləyəcəyi digər meydanlarda diskkusiya aparacaqlar.”
Xatırladaq ki, hökumət əleyhinə çıxışlar ötən həftə İstanbulda şəhərin mərkəzindəki Taksim Gəzinti Parkının müdafiəsi məqsədi ilə başlanıb. Etiraz edən istanbullulara Türkiyənin digər əyalətlərinin sakinləri də dəstək durub. Daha sonra nümayişçilər hökumətin istfasını tələb ediblər. aksiyada xəsarət alan nümayişçilərin sayı 3000 nəfəri ötüb, iki nəfər həlak olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?