ABŞ-da prezidentin mədəniyyət və təhsil komitəsinin üzvləri tam heyətlə istefaya gediblər.
Gündəm xəbər "Ölkə.Az"-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın ritorikası ilə razılaşmayan komitə bu addımı atıb. Üzvlər eyni zamanda Trampı da istefa verməyə səsləyiblər.
Üzvlərin Trampa yazdığı və istefalarının qəbul edilməsinin rica edildiyi məktubda deyilir: "Həqiqəti söyləmək hər zaman asan olmur. Amma cənab prezident, şura üzvləri olaraq bizim rolumuz ondan ibarətdir ki, ritorikanızı qəbul etsək, sizin sözləriniz və hərəkətlərinizin iştirakçısı ola bilərik".
Məktub belə davam edir: "Sizin dəyərlər amerikan dəyərləri deyil. Biz ən yaxşısını etməli, ən yaxşı olmalıyıq. Əgər siz bunu anlamırsınızsa, sizdən xahiş edirik, postunuzu təhvil verin".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?