Keniyada avqustun 8-də keçirilmiş prziden seçkilərinin nəticələrinin açıqlanması ölkədə hakimiyyət uğrunda silahlı toqquşmalara və iğtişaşlara səbəb olub.
Keniya Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən seçkiləri indiki dövlət başçısı Uxuru Keniata udub. Lakin müxalifət əmindir ki, seçkilərin nəticələri saxtalaşdırılıb və prezident müxalifətin namizədi-Keniatadan 1 milyon səs çox toplamış Rayla Odinq olmalıdır. Nəticədə müxalifət tərəfdarları paytaxt Nayrobidə və digər iri şəhərlərdə küçələrə çıxıblar, təhlükəsizlik qüvvələri ilə toqquşmalar başlayıb. Bu toqquşmalarda indiyədək azı 28 nəfər, o cümlədən təsadüfi gülləyə tuş gəlmiş 8 yaşlı qız ölüb. Müxalifətçilər isə bildirirlər ki, qurbanların sayı daha çoxdur, hakimiyyət polis bölmələrində işgəncələrdən ölən fəalların sayını gizlədir. Bütün bunlara baxmayaraq Odinq avqustun 17-də elan edib ki, səsvermənin nəticələri ilə bağlı Ali məhkəməyə şikayət edir və o, öz tərəfdarlarını hökmün elan edilməsinə qədər məhkəmənin qarşısından çəkilməməyə çağırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?