Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasında bombanın olmasına dair xəbər yalan çıxıb.
Nazirliyin əməkdaşları yenidən öz iş yerlərinə qayıdıblar.
****
Bu gün səhər saat 10.26-da Ermənistan polisinə Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasına bomba qoyulması ilə bağlı məlumat daxil olub.
Məlumat alınandan sonra hadisə yerinə gələn operativ qrup nazirlik işçilərinin evakuasiyasına başlayıb. Hadisə yerində polis əməkdaşları fövqəladə hallar nazirliyinin nümayəndələri, təcili yardım briqadası, xilasedicilər və minatəmizləyənlər işləyir./musavat.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?