ABŞ Maliyyə Nazirliyi İŞİD rəhbərliyində təmsil olunan Salim Mustafa Məhəmməd əl-Mənsuru ən təhlükəli terrorçu elan edərək, onun adını sanksiyalar siyahısına salıb.
ABŞ İŞİD-in Mosul üzrə maliyyəçisi kimi bilinən əl-Mənsurun İraqa qaçmaq əvəzinə Türkiyə ilə anlaşmaya getdiyini iddia edir. ABŞ-da hesab edirlər ki, əl-Mansur Mersin, İstanbul və ya Adanada yaşayır. Onun qocaman maliyyə mütəxəssisi olduğu vurğulanır. Əlavə edilir ki, "Əl-Qaidə" 2009-cu ilin sonuna qədər İraqda fəaliyyət göstərib. Bu səbəbdən əl-Mansurun həm də "Əl Qaidə" ilə əlaqələrinin olduğu ifadə edilir. İddiaya görə Məhəmməd əl Mənsur İŞİD Mosulda xəlfəlik elan etməzdən əvvəl təşkilati işlərə başlayıb, 2015-ci ildə isə İŞİD üçün maliyyə axtarıb, pul köçürmələri həyata keçirib. 2016-cı ilin ortalarından isə onun İraq və Suriyada çıxarılan xam neftin satılmasında iştirak etdiyi bildirilir./teleqraf.com
Sorğu
Yeni dizaynımız necədir?