Ermənistanın Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı “Yelk” blokunun təklifi ölkəni qarışdırıb.
Daşnaksütyun partiyasının parlament fraksiyasının rəhbəri Armen Rustamyan bu təklifin əleyhinə çıxıb və qalmaqallı bəyanat verib.
“Bu məsələləri qaldıranlar, təhlükəsizliyin nə demək olduğunu anlamırlar. Əgər kimsə düşünürsə ki, müharibədə yalnız əsgərlər qalib gəlir, onlar səhv edir. Əgər bizdə hərbi vasitələr olmasaydı, rəqiblə döyüşə bilməzdik. Ermənistan Avrasiya İqtisadi İttifaqına girməsəydi, silahlar ala bilməzdi”, - deyə o bildirib.
Ermənistan mediası isə Rustamyanın bu açıqlamasından sonra “aprel döyüşləri”ni xatırladıb.
“Lragir” saytı yazır ki, “aprel müharibəsi”ndə Ermənistan ordusu 80-ci illərdən qalma silahlarla döyüşürdü: “Bunu Serj Sarkisyan özü etiraf etdi. Daşnaksütyunun belə mövqeyi maraqlıdır, çünki onlar millətçi partiyadır. Lakin son illər bu partiya sağ qalmaq üçün hər şeyə gedirlər, indi də rusların müdafiəsinə qalxıblar”.
Sayt əlavə edir ki, daşnaklar Qarabağ siyasətini dəyişə bilər.
“Vaxtilə inqilabçı olan daşnaklar görünür, bir azdan Qarabağın qaytarılması ehtiyacını əsaslandırmağa başlayacaq”, - deyə məqalədə bildirilir.
Erməni siyasətçi Zarui Postandjyanın “Yelk” blokunun təklifi ilə bağlı fikirləri də maraqlıdır. Postandjyan hesab edir ki, Ermənistanın rus ittifaqından çıxışı ilə bağlı təklifi səsləndirmək tapşırığı “Yelk” blokuna “Baqramyan 26”-dan (Ermənistan Prezident Administrasiyasının ünvanı - red.) gəlib.
“Bu, səmimi proses deyil. Sadəcə olaraq, Sarkisyan bolşevik kimi şantajla məşğuldur. Əgər təklifin qəbul olunmaq şansı olsaydı, Sarkisyan buna qoşulmazdı. Bu, sadəcə Sarkisyanın oyunudur”, - deyə o vurğulayıb.
Erməni analitiklərin fikrincə, Sarkisyan Rusiyadan müəyyən dividentlər əldə etmək üçün şantaj gəlir.
Sorğu
Yeni dizaynımız necədir?