Türkiyənin Ərzincan vilayətində fahişələrə qarşı əməliyyat keçirilib.
Ərzincan İctimai Təhlükəsizlik Xidmətinin əməkdaşlarının 8 ev və bir oteldə keçirdikləri əməliyyat zamanı fahişəliklə məşğul olan 7 azərbaycanlı qadın, onları fahişəliyə məcbur edən 5-i azərbaycanlı olmaqla 10 nəfər saxlanılıb. Şübhəli qadınlardan birinin QİÇS, birinin isə Hepatit C daşıyıcısı olduğu ortaya çıxıb. Türkiyə mətbuatı xəbər verir ki, saxlanılanlardan Azərbaycan əsilli A.S, L.H, E.K, A.M, T.İ və Türkiyə vətəndaşları C.Ç, R.K, E.M, M.K və C.A-ya qarşı “zorla fahişəliyə məcbur etmə”, “fahişəliyə yardım etmə” və “cinsi istismar” maddələrilə cinayət işi açılıb. Qadınlar tibbi yoxlanışdan keçirilən zaman T.İ-nin QİÇS, L.H-nin isə Hepatit C daşıyıcısı olduğu aşkarlanıb. Mənbənin yazdığına görə, İctimai Təhlükəsizlik xidmətinin əməkdaşları T.İ-nin QİÇS daşıyıcısı olduğunu bildikdən sonra izə düşərək əməliyyat keçiriblər. Fahişəliyə məcbur edilən digər qadınlar – Ç.T, S.A, Ç.H, K.M, S.A, E.K və E.B isə ifadələri alınandan və sonra tibbi yoxlanışdan keçiriləndən sonra sərbəst buraxılıblar.
Sorğu
Yeni dizaynımız necədir?