Şimali Koreyadan Cənubi Koreyaya qaçan polkovnik qızı ölkəsi barədə şok iddialar irəli sürüb.
Xarici mediaya istinadən xəbər veririk ki, 26 yaşlı Hi Yeon Lim porno film çəkilişində ittiham edilən 11 musiqiçinin necə öldürüldüyünü təsvir edib: "O gün gördüklərim ürəyimi bulandırdı. Təxminə 10 min nəfər hadisəni izləyirdi. Qurbanlardan 60 m məsafədə idim. Onları əvvəlcə qamçıladılar, sonra isə atəş açıldı. Hər atəşdə musiqiçilərin bədəni yox olurdu, qan və bədən parçaları hər yerdə idi. Sonra tanklar gəldi və qalıqların üstündən keçdi."
Lim Şimali Koreya lideri Kim Çen İnin seks kölələri olduğunu, ən gözəl sinif yoldaşlarının Kim Çen üçün işlədiyini, hamilə qalan qızların "yoxa çıxdığını" bildirib.
Qeyd edək ki, Li Yeon Lim atası öləndən sonra 2015-ci ildə anası və qardaşı ilə ölkədən qaçıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?