Binadan çox sayda "Molotov kokteyli", çəkic, mişar, bıçaq, qaz əleyhinə maska, tikinti dəbilqəsi, metal çubuqlar, çapacaq, fişəng, radiostansiya və 1 ədəd tapança aşkarlanıb. İstanbul Polis idarəsi terrorla mübarizə şöbəsinin əməkdaşları Sosialist Demokratiya Partiyasının (SDP) Bəyoğlu (Bəyoğlu – Taksim meydanının olduğu rayon) şöbəsində əməliyyat-axtarış tədbirləri həyata keçirib. ANS PRESS “İhlas” agentliyinə istinadən xəbər verir ki, 70 nəfərin saxlanıldığı əməliyyat vaxtı partiya binasından çıxan silah və sursat polisi şoka salıb.
Sorğu
Yeni dizaynımız necədir?