"ABŞ rəsmən YUNESKO-dan çıxmağa hazırlaşır. Hökumətin niyyəti bu qurumun tərkibində yalnız müşahidəçi kimi qalmaqdır".
Məlumata görə, rəsmi Vaşinqton quruma ödənilən yüksək məbləğdə üzvlük haqqına və İsrail əleyhinə qəbul edilən qətnamələrə etiraz olaraq üzvlükdən çıxacağını bəyan etmək niyyətindədir. Eyni zamanda, yazıda qeyd olunur ki, ABŞ-ın dövlət katibi Reks Tillerson tərəfindən gündəmə gətirilən mövzu bir neçə həftə əvvəl BMT-nin Nyu-Yorkda keçirilən Baş məclisində də müzakirə edilib. Sözügedən məsələnin müzakirəsi YUNESKO-nun bu həftə keçiriləcək yeni baş direktor seçimlərinə qədər təxirə salınmışdı. Bu məsələ Donald Trampın Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı da müzakirə edilib./publika.az
Sorğu
Yeni dizaynımız necədir?