IKBY rəhbəri Məsud Bərzaninin, son çarə kimi araya hörmətli şəxsləri minnətçi salaraq prezident Rəcəb Tayyib Ərdoğanla görüş istədiyi, ancaq nəticə ala bilmədiyi ortaya çıxıb.
Türkiyənin bütün xəbərdarlıqlarına baxmayaraq Şimali İraqda müstəqillik referendumu keçirməklə 2014-də qanunsuz şəkildə ələ keçirdiyi Kərkük və ətrafını itirən, neftinin də üzdə 80 faizini İraq mərkəzi hökumətinə qoyub, qaçan IKBY sədri Məsud Bərzaninin prezident Ərdoğanla görüşmək istədiyi, ancaq qəti bir şəkildə rədd edildiyi ortaya çıxıb. Araya xeyirxah şəxsləri salaraq Ərdoğandan aman diləyən və sanksiyaların ləğv olunmasını istəyən Bərzani, Ərdoğandan “Artıq çox gecdir”-deyə, cavab alıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?