Xarici işlər naziri bildirib: “Vaşinqtondan məsələ ilə bağlı ətraflı izahat gözləyirik”
Vaşinqtonda keçiriləcək beynəlxalq tədbirdə iştirak etmək üçün ABŞ-a gedən İndoneziya Silahı Qüvvələrinin Baş Qərargah rəisi Katot Nurmantyo Birləşmiş Ştatlara buraxılmayıb. “Report” xarici KİV-lərə istinadən xəbər verir ki, K.Nurmantyonu ABŞ-a amerikalı həmkarı Cozef Danford dəvət edib. Məlumata görə, İndoneziya Silahlı Qüvvələri Baş Qərargahı rəisinin sənədləri arasında onun ABŞ-a girişi üçün vizası da olub. Buna baxmayaraq onu ölkəyə buraxmayıblar. İndoneziyanın xarici işlər naziri Retno Marsudi bildirib ki, rəsmi Vaşinqtonun məsələ ilə bağlı ətraflı izahat verməsini gözləyirlər: "Bu fövqəladə hadisədir. ABŞ-ın məsul şəxsləri ilə əlaqə saxlayıb, vəziyəti müzakirə etmək istəyirik”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?