İraq Kürd Regional Rəhbərliyinin qeyri-qanuni yollarla nəzarət altına aldığı mübahisəli ərazilərə qarşı əməliyyat keçirən İraq ordusu və Haşdi Şabi milisləri, Peşmərgənin nəzarətindəki bir çox kritik əraziləri ələ keçirdi.
Müttəfiqinin daha da yıxılmasının qarşısını almaq istəyən ABŞ, Peşmərgəni qorumaq üçün tərəflərə atəşkəs çağırışı etdi. Bir həftədir davam edən qarşıdurmaların ardından Bərzaniyə bağlı Peşmərgə hər tərəfdən küncə sıxışdırıldı. Neft əraziləri olan Zumar və Musavide, Hazır ilə Duhok tərəfindəki Şeyhanda, Mosulun cənubundakı Mahmur, Mosul Səddinin qərbində Fişabur-Zaho xətti və Kərkükün şimal qonşusu Altınköprü mahalında toqquşmalar davam edir. Peşmərgə, bir həftə əvvəl Bağdadın nəzarətinə keçən Altınköprüyü yenidən almaq üçün hücuma keçdi. Peşmərgə, 10 saatlıq qarşıdurmadan sonra bir çox itki versə də, heç bir irəliləyiş əldə edə bilmədi. Kürd müttəfiqinin daha da zərər görməməsi və Peşmərgəni qorumaq üçün ABŞ tərəflərə atəşkəs çağırışı etdi.
BEYİNLƏRİ QARIŞDIRAN AÇIQLAMA ZƏNCİRİ
ABŞ Xarici İşlər Nazirliyi tərəfindən edilən müraciətdə əməliyyatların dərhal sona çatması və iki tərəf arasında məcburi atəşkəsin təmin edilməsi qeyd olunub. Bu çağırışdan sonra İngilis agentliyi “Reuters”, İraq gücləri ilə Peşmərgə arasında bütün cəbhələrdə atəşkəsə nail olunduğu haqda bir xəbər dərc etdi. Xəbərin mənbəyi isə İŞİD-lə Mübarizə Koalisiyasının media ofisi göstərilib. Ağ Evin Suriyadakı müstəmləkə valisi PKK dostu Brett Mcgurkün rəhbərlik etdiyi bu qurum tərəfindən irəli sürülən atəşkəs xəbəri əvvəl heç bir mənbə tərəfindən təsdiqlənmədi. Media ofisinin sözçüsü Ryan Dillon tərəfindən informasiyanın verildiyi ortaya çıxan "atəşkəs” məlumatı, yenə də Dillon tərəfindən qısa müddət sonra təkzib olundu. Dillon, həmin məlumatı səhvən verdiyini qeyd etmək məcburiyyətində qaldı. Ancaq qısa bir müddət sonra Bağdaddan gələn açıqlama ağılları yaxşıca qarışdırdı. İraq baş naziri Heydər İbadi, ölkə daxilindəki bütün ordu birlikləri və Haşdi Şabi milislərinə əməliyyatları 24 saat dayandırmaq əmri verdi. İbadi eyni zamanda bütün sərhəd məntəqələrində nəzarətin Bağdad mərkəzi hakimiyyətinə keçəcəyini qeyd etdi. Əməliyyatları dayandırmaq əmrinin İraqın Suriyaya açılan qapıları olan Yarubiyə və Semelkada nəzarətin Peşmərgədən Bağdada keçməsinin ardından gəlməsi ağıllara böyük güclərin bu işdə barmağının olmasını gətirdi. Çünki İraqdan Suriyaya açılan bu 2 sərhəd məntəqəsi ABŞ-ın PKK/PYD terrorçularına silah və hər cür yardım daşıdığı son qapılardır. Bu qapıların bağlanması ABŞ-ın və dəstəklədiyi terrorçuların işini çətinləşdirəcəkdi. Ayrıca bu əlaqə qapıları təkcə ABŞ-ın silah daşıdığı dəhliz deyil, həm də PKK və Peşmərgənin Suriyadakı terrorçularla “xilasyolu” xətti sayılır.
O həmlə Trampa zərbədir
ABŞ mətbuatı, Ankara-Tehran-Bağdad əməkdaşlığı ilə Peşmərgəyə məğlubiyyət yaşadan həmlənin Ağ Evin planlarına zərbə anlamına gəldiyini yazıb. ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik Müşaviri H.R. Mcmasterın "İran Peşmərgə qüvvələrini parçalayaraq öz maraqları üçün istifadə edir" şəklindəki açıqlamasını şərh edən “Vaşinqton Post” yazarı Coş Rogin, Ağ Evin bu sözlərlə Trampın yeni strategiyasına zərbə vurulduğunu etiraf etmiş olduğunu qeyd edib. Sosial media hesabındakı mesajında Rogin, "Mcmasterin sözlərinin mənası, İran ABŞ-ı oyundan kənar etdi və regional gücünü möhkəmlətmək üçün Trampın planlarına zərbə vurdu" deyə, yazıb.
Sorğu
Yeni dizaynımız necədir?