Rusiya prezidenti Putinin Suriyadakı Xüsusi Nümayəndəsi Lavrentyev Soçidə keçirmək istədikləri Milli Dialoq Konqresinə qatılmaları üçün Suriyalı müxalifləri təhdid edib.
Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə Xüsusi Nümayəndəsi Aleksandr Lavrentyev Suriyalı müxaliflərin Soçidə keçirəcəkləri toplantıya qatılmamaları halında "böyük risk altında və siyasi prosesin kənarında" qalacaqlarını söyləyib. Qazaxıstanın paytaxtı Astanada Suriya ilə bağlı keçirilən 7-ci toplantının ardından Lavrentyev mətbuat konfransı keçirib. Lavrentyev, Suriyalılar arasında "Milli Dialoq Konqresi" adını verdikləri toplantının Soçidə keçiriləcəyini bildirib. Lavrentyev, toplantıda milli birlik və keçid hökumətinin müzakirə ediləcəyini və xüsusilə konstitusiya islahatının keçirilməsinin çox əhəmiyyətli olduğunu düşünürük" deyə, qeyd edib. Putinin nümayəndəsi müxalif nümayəndə heyətinə müraciət edərək, "Ön şərtlər qoyacaqlarsa, konstruktiv yanaşma ortalığa qoymayacaqlarsa, o zaman onlara uzanan dəstək əlini geri çevirdiklərini göstərmiş olacaqlar. Biz bunun olmasını istəmirik. Suriya müxalifəti ilə işimizi davam etdirəcəyik. Müxaliflər Konqresdə iştirak etməsələr böyük risk altında və siyasi prosesin kənarında qalacaqlar" deyə, onları təhdid edib. Tədbirin BMT-nin himayəsində olmasını istədiklərini deyən Lavrentiyev, "Mistura ilə danışıqlarımız davam edir. O, ya da nümayəndəsi bu foruma qatılacaq" deyə, fikrini tamamlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?