Səudiyyə Ərəbistanında Antikorrupsiya Komitəsi tərəfindən saxlanılan şahzadə və iş adamları qaldıqları oteldə selfi çəkiblər.
gundemxeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb. Selfidə Səudiyyənin ən zəngin şəxsi olan Valid bin Talal və nazir Mutainin vəziyyətlərinin yaxşı olduğu görsənir. Qeyd edək ki, Səudiyyə Ərəbistanında son günlər 200-dən çox yüksəkçinli məmurun həbs edildiyi bildirilir. Həbs edilənlər arasında şahzadələr də var. Həbs edilənlər 5 ulduzlu oteldə saxlanılır.
Sorğu
Yeni dizaynımız necədir?