Rusiya ordusunun silahlanmasında olan artilleriya kompleksləri modernizasiya hesabına 2030-cu ilə qədər ordunun silahlanmasında qalacaq.
Bunu “Exo Moskva” radiosuna müsahibəsində Rusiya Müdafiə Nazirliyinin Raket və Artilleriya Qüvvələrinin komandanı Mixail Matveyevski söyləyib. Onun sözlərinə görə, hazırda Rusiya ordusunda İsgəndər-M raket kompleksləri, “Msta” özüyeriyan haubitsaları, “Xrizantema” tank əleyhinə raket kompleksləri modernləşdirilib. O, modernizasiya sayəsində bu komplekslərin döyüş potensialının artırıldığını bildirib.
Sorğu
Yeni dizaynımız necədir?