Sərhədsiz Həkimlər adlı beynəlxalq yardım qrupu Yəmənin şiə üsyançılarına qarşı döyüşən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın blokadası səbəbilə paytaxt Sənada ehtiyacları olan insanlara həyat-qurtaran tibbi və humanitar yardım çatdıra bilmədiyini deyir.
Qısaca MSF adı ilə tanınan qrup şənbə günü yaydığı bəyanatda koalisiyadan Cibutidən Sənaya uçmaq üçün icazə almadığını bildirib.
Qrup Aden şəhərində limanın açılmasını dəstəkləsə də, bunun Yəmən boyu təcili tibbi və humanitar yardım çatdırmaq üçün yetərli olmadığını bildirir.
ABŞ-ın dəstəklədiyi koalisiya noyabrın 6-da üsyançıların Səudiyyə Ərəbistanının paytaxtı Riyada raket hücumundan sonra quru, dəniz və hava blokadası tətbiq edib. Bazar ertsəi Səudiyyə Ərəbistanı koaliyanın blokadanı aradan qaldıracağını elan edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?