GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » NATO terroru: PKK onlar üçün “BEYNƏLXALQ BATALYON” da QURUB

NATO terroru: PKK onlar üçün “BEYNƏLXALQ BATALYON” da QURUB

Tarix: 20-11-2017, 12:30 Bölmə :Dünya Baxış: 332
NATO terroru: PKK onlar üçün “BEYNƏLXALQ BATALYON” da QURUB


Suriyada PKK/ PYD sıralarında hazırda 5 mindən artıq ABŞ və Avropalı terrorçu döyüşür. PKK, NATO üzvü olan ölkələrdən gələn bu terrorçular üçün "Beynəlxalq Batalyonu" da qurub.

ABŞ-ın rəhbərlik etdiyi NATO ölkələri, soyuq müharibənin ardından yeni xəritələri işə salmaq üçün Türkiyə və ətrafında terror təşkilatlarını artırmağa başladı. Suriyadakı vətəndaş müharibəsi ilə birlikdə qlobal şəbəkənin təşkilatlara dair iş metodu isə fərqli bir ölçü qazandı.
Yaxın Şərqdə xəritə dəyişikliyinə 1991-ci ildə İraqın işğalı ilə başlayan ABŞ-NATO ittifaqı, başda PKK olmaqla, fərqli terror qruplarını birbaşa və ya dolayı olaraq dəstəkləyib. Suriyada 2011-ci ildə başlayan qiyamdan sonra qlobal şəbəkənin terror mərkəzləri ilə iş metodu fərqli bir ölçü qazanmağa başladı. İŞİD, PKK, DHKP-C başda olmaqla, bir çox terror təşkilatlarına Türkiyənin müttəfiqləri sayılan bu dırnaq arası güclər silah, sursat, lojistik və döyüşçü dəstəyi veriblər. İraq və Suriyada "könüllü” adı altında terror təşkilatında döyüşən Qərbli terrorçuların əhəmiyyətli bir qisminin Əfqanıstan və İraqda NATO missiyası çərçivəsində vuruşmuş şəxslərdən ibarət olması da diqqət çəkir.

İŞİD-PKK ƏCNƏBİLƏRİ

PKK/PYD sıralarında hazırda 5 mindən artıq ABŞ və Avropalı terrorçu var. PKK, NATO üzvü olan ölkələrdən gələn bu terrorçular üçün "Beynəlxalq Batalyon” da qurub. Qərargahı Ayn əl-Ərəbdə olan legioner PKK batalyonuna qeydiyyatlı terrorçuların çoxu Əfqanıstan, İraq və Liviyada NATO adından göndərilmiş adamlardır. ABŞ və Avropa ölkələrində doğulmuş, çox yaxşı təlim almış bu insanlar PKK/PYD-nin tərkibində, İŞİD-lə döyüşmək bəhanəsi ilə girdiyi ərazilərdə etnik təmizləmə aparırlar. Eynilə PKK-da olduğu kimi, İŞİD-in də mühüm bir qismi Qərbli terrorçulardan təşkil olunub. Təşkilatın fəal olduğu 2014-2016 illərində İŞİD sıralarında döyüşmək üçün Almaniya, Fransa, İngiltərə başda olmaqla, Avropa ölkələrindən gələn terrorçuların sayı 15 mindən artıq olub. Ötən ilə qədər İŞİD içindəki xarici savaşçı-kəşfiyyatçıların sayı o qədər böyük narahatlığa səbəb olmuşdu ki, hətta NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen, İŞİD daxilində döyüşən əcnəbi terrorçuların "Evdən uzaqda tələf olması Avropa üçün ən yaxşı variantdır" deyə, etiraf etmişdi.



1993 İLDƏ M-16 İLƏ BAŞLADI

Başda PKK olmaqla, Yaxın Şərqdə fəaliyyət göstərən terror təşkilatları 30 ildir ki, ABŞ və NATO ölkələri tərəfindən silahlandırılır. İraqda 1993 ildən bəri PKK-ya silah verən ABŞ-ın terrorçulara ilk verdiyi M-16 piyada tüfəngi olub. Sonra snayper tüfəngləri, minaatanlar, toplar gəlməyə başladı. Bu dəstəklərin mahiyyəti, Suriya vətəndaş müharibəsində ABŞ-PKK ittifaqının bütün dünyaya elan edilməsi ilə birlikdə yüksək texnoloji üstünlüyə malik silahlarla dəyişdi. 2014 ildən sonra PKK-nın əlində artıq AT-4 və Javelin kimi antitank raketləri, Cougar və Hummer tipli zirehli maşınlar, EOTECH gecə görmə durbinləri, AN/PEQ-2 qızıl durbin və hədəf göstərici, "Surefire Flashlightlar və müasir kamuflyajlar vardı.



DƏSTƏK HƏMİŞƏ EYNİ YERDƏNDİR

Qərb ölkələri PKK-nı bu qədər təchiz edərkən, həmin yardımlardan İŞİD də payını aldı. İŞİD-dən ələ keçirilən silahların 70 faizinin NATO mənşəli olması bu vəziyyətin ən böyük dəlilidir. Suriyada İŞİD Ayn əl-Ərəbi işğal edəndən sonra ABŞ ordusu havadan atılan silahların həm PKK-ya, həm də İŞİD-ə getməsi, ABŞ və bəzi Avropa ölkələrinin iki təşkilatı eyni anda dəstəklədiyi şübhələrinə yol açmışdı. Rakka, Təlafər, Deyrizor kimi şəhərlərdəki İŞİD anbarlarında NATO-ya aid tonlarla silah və sursatın olması həmin şübhələri həqiqətə çevirdi. ABŞ və NATO, hazırladığı yeni Yaxın Şərq xəritəsi çərçivəsində “İŞİD” bəhanəsi ilə Suriyanın şimal xəttini işğal edib.

HƏQİQƏTİNƏ ÇATMAQ ÇƏTİNDİR

Mayor Andrea Clair ilə mayor Entoni Eliss, NATO-nun Əfqanıstan əməliyyatlarında iştirak etmiş bu iki şəxsin hazırda qeyri hökümət təşkilatlarında fəaliyyət göstərdiyi deyilir. Bu şəxslərin hər ikisi də “Integrity Global”da hələ də aktiv olaraq fəaliyyət göstərirlər. Yenə İraqda və Argentinada NATO missiyalarında iştirak etmiş polkovnik Allen Kirk isə “Civil Society and Democracy” adlı təşkilatın rəhbərliyində iştirak edir. Bu hərbçilərin adları qeyri hökümət təşkilatlarında qeydiyyatda olsa da, əslində onlar Suriya və İraqda olan terror təşkilatlarının tərkibində fəaliyyət sürdürürlər. Mənbələrin verdikləri məlumata görə, keçmiş əsgərlərin demək olar ki, hamısı qondarma adlardan istifadə edir. Saxta sənədlərlə dolaşan bu şəxslərin əsl adlarına çatmaq demək olar ki, mümkün deyil.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başladı

    ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına ...

    4-06-2017, 18:26

  • 
  • “Avropa Birliyinin mövqeyi qətidir, PKK terror təşkilatıdır” – Federika Moqerini

    “Avropa Birliyinin mövqeyi qətidir, PKK terror ...

    24-02-2016, 15:54

  • 
  • Ərdoğan: “PKK-nın terror aktlarının arxasında FETÖ durur”

    Ərdoğan: “PKK-nın terror aktlarının arxasında ...

    19-08-2016, 00:14

  • 
  • Əsəd PKK və İŞİD-ə KİMYƏVİ SİLAHLAR VERİB

    Əsəd PKK və İŞİD-ə KİMYƏVİ SİLAHLAR VERİB ...

    16-11-2017, 14:48

  • 
  • 200 İŞİD terrorçusu PKK-ya qoşulub

    200 İŞİD terrorçusu PKK-ya qoşulub ...

    29-11-2016, 18:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu