Yəməndə noyabr ayının əvvəlindən indiyə qədər husilərlə və keçmiş prezident Əli Abdullah Saleh tərəfdarları ilə hökumət qüvvələri arasında baş verən qarşıdurmalarda 28-i komandir olmaqla 244 nəfər həlak olub, 400 nəfər yaralanıb.
Bu barədə Yəmən ordusuna aid “September Net” saytı informasiya yayıb.
Baş verən qarşıdurmalar zamanı ümumilikdə hər iki tərəfdən 28 nəfər əsir götürülüb.
Qeyd edək ki, hazırda Səna şəhəri qiyamçı husilərin nəzarətindədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?