Ermənistanın Araqatsotn vilayətinin Tsaxkahovit kəndində qeyri-adi hadisə baş verib.
gundemxeber.az-ın məlumatına görə, vilayətin məktəb direktorunun müavini Silvard Hayrapetyan məktəbin xadiməsi Cavahir Ağacanyana, aprel döyüşlərində ölən 20 yaşlı oğlu Mişa Ağacanyanın sağ olduğunu və hətta Moskvada gəzdiyini bildirib.
Cavahir Ağacanyanın erməni mətbuatına verdiyi məlumata görə, məktəb direktorunun müavini indiyədək ondan üzr istəməyib və Mişanın sağ olması, Moskvada gəzməsi barədə məlumatı haradan əldə etdiyini izah etməyib.
O dediyi sözləri əsaslandıra, məlumatın ona kimin dediyini və haradan bildiyini də sübut edə bilməyib.
Cavahir Ağacanyanın sözlərinə görə, bütün bunlara onun və ailəsinin 5 noyabr tarixində yerli icra orqanlarına keçirilən seçkilərdə məktəb direktorunun oğlu, hakim respublikaçılar partiyasından olan Artavazd Qalstyana səs verməmələri səbəb olub.
"Onun oğlu kənd icra nümayəndəliyinə namizəd olub, lakin seçilməyib. Seçilməsi üçün ona dəstək vermədiyimizə görə narazı olub. Mən müharibədən sonra heç bir yerə getmirəm, heç bir tədbirdə də iştirak etmirəm. Onun oğlunu kim seçəcək? O, kənd üçün nə edib ki, onu da seçsinlər", - deyə Ağacanyan etiraz edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?