Diyarbəkirin Silvan, Hazro, Qocaköy, Kulp və Licə mahallarında yerləşən 42 kənddə PKK terror qruplaşmasına qarşı əməliyyatlara görə küçəyə çıxma qadağası tətbiq olunub.
Bu barədə Diyarbəkir valiliyindən açıqlama verilib.
Məlumata görə, əməliyyat adıçəkilən bölgələrin dağlıq və meşəlik hissəsində PKK və dəstəkçilərini zərərsizləşdirmək, terror qruplaşmasının istifadə etdiyi sığınacaq, anbar, döyüş mövqelərini məhv etmək və silah-sursatı ələ keçirmək məqsədi ilə təşkil olunub.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyənin Diyarbəkir bölgəsinin Silvan mahalında təşkil olunacaq əməliyyat öncəsi 12 kənd və yaşayış məntəqəsində komendant saatı elan edilmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?