ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli çərşənbə günü xəbərdarlıq edib ki, Şimali Koreyanın son qitələrarası raket sınağı “dünyanı müharibəyə yaxınlaşdırır, ondan uzaqlaşdırmır.”
“Biz heç zaman Şimali Koreya ilə müharibə istəməmişik və bu gün də istəmirik,” Heyli BMT Təhlükəsizlik Şurasının növbədənkənar yığıncağında bildirib. Amma o, aydın edib ki, əgər müharibə baş versə, bu, Pxenyanın son raket sınağı kimi davamlı təcavüz aktlarının üzündən baş verəcək.
Əgər müharibə gəlsə, heç şübhəniz olmasın, Şimali Koreya rejimi tamamilə darmadağın olunacaq. “Əgər müharibə gəlsə, heç şübhəniz olmasın, Şimali Koreya rejimi tamamilə darmadağın olunacaq,” o, əlavə edib.
O, bütün BMT üzvlərini Pxenyanla əlaqələri kəsməyə çağırıb. “Bütün ölkələr Şimali Koreya ilə diplomatik əlaqələri qırmalı, onunla hərbi, elmi, texniki və ticari əməkdaşlığı məhudlaşdırmalıdırlar,” Heyli çağırış edib.
Səfirin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Çin lideri Şi Tsinpinlə telefon söhbətində Pekini Şimali Koreyaya bütün neft ixracatını dayandırmağa çağırıb.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin yaydığı fotoda ölkənin lideri Kim Conq Un "Huasonq-15" qitələrarası ballistik raket sınağına reaksiya verir. “2003-cü ildə Çin Şimali Koreyaya neft satmağı dayandırdıqdan az sonra, Şimali Koreya danışıqlar masasına gəldi,” Heyli deyib.
Biz əlimizdən gələn hər şeyi edirik ki, Şimali Koreyaya maksimum təzyiq qoyaq. ABŞ prezidenti Şimali Koreyaya yeni sanksiyalar tətbiq ediləcəyini bildirib. Donald Tramp bu bəyanatla Şimali Koreyanın son raket sınağından sonra çıxış edib.
"Biz əlimizdən gələn hər şeyi edirik ki, Şimali Koreyaya maksimum təzyiq qoyaq," deyə Ağ Ev sözçüsü Sarah Sanders Amerikanın Səsinin sualına cavabda deyib. "Biz tərəfdaşlarımız və müttəfiqlərimizlə birlikdə diplomatik, iqtisadi istiqamətlərdə səy göstərməyə davam edəcəyik."
ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanı terrora sponsorluq edən dövlətlər kateqoriyasına daxil edəcəyini elan edib. Prezident Tramp Twitterdə yazıb ki, Çin prezidenti Şi Tzinpinlə telefon söhbəti zamanı Şimali Koreyanın təhrikedici əməlini müzakirə edib. Prezident bunun "öhdəsindən gələcəyini" bəyan etsə də, təfərrüata varmayıb.
Şimali Koreya çərşənbə günü ABŞ-a çata biləcək yeni qitələrarası ballistik raketini uğurla sınaqdan keçirdiyini elan edib. Raket 4500 kilometr hündürlüyə çatıb ki, bu, Beynəlxalq Fəza Stansiyasının yerləşdiyi nöqtədən 10 dəfə yüksəkdir. Daha sonra raket Koreya yarımadasından 1000 kilometr şərqdə Yapon dənizinə düşüb./amerikaninsesi.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?