GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Trampın qərarı dünyanın böyük hissəsini ABŞ-a qarşı çevirə bilər

Trampın qərarı dünyanın böyük hissəsini ABŞ-a qarşı çevirə bilər

Tarix: 6-12-2017, 10:54 Bölmə :Dünya Baxış: 461
Trampın qərarı dünyanın böyük hissəsini ABŞ-a qarşı çevirə bilər


Azərbaycanda da Amerikanın demokratik dəyərlərinə inamı sarsıdar

ABŞ prezidenti Donald Trampın Qüds (Yerusəlim) şəhərini İsrailin paytaxtı olaraq tanıyıb-tanımayacağına qərar verəcəyinə dair açıqlanması müsəlman ölkələrində narazılıqla qarşılanıb. Artıq bir sıra ölkələr hərəkətə keçib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Qüds müsəlmanların qırmızı cizgisidir. Rəcəb Tayyib Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında bildirib ki, ABŞ İsrailə dəstək məqsədilə Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərar verərsə, bu, tək beynəlxalq hüququn pozulması yox, insan vicdanına vurulmuş bir zərbə olacaq: “Belə bir addım atılarsa, 5-10 gün ərzində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının liderləri zirvəsini təşkil edəcəyik. Bütün İslam dünyasını o zirvədə hərəkətləndirəcəyik. ABŞ bütün işləri yoluna qoydu, bu qaldı? Hazırda Binyamin Netanyahu İsraildə iç məsələləri yoluna qoya bilmir. Biz bu məsələdə sona qədər mübarizə aparacağıq. Bu məsələ Türkiyənin İsraillə diplomatik əlaqələrini kəsməsinə qədər gedə bilər. ABŞ-a belə bir addım atmaması üçün bir daha xəbərdarlıq edirik”.

Fələstin Qurtuluş Təşkilatı Mərkəzi Komitəsinin üzvü Zəkəriyyə əl-Ağa isə bəyan edib ki, ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə daşıyaraq buranı İsrailin paytaxtı kimi tanıması yönündə qərar qəbul etməsi ərəb və İslam dünyasına müharibə elan etmək mənasına gəlir.

Ağa Təl-Əvivdəki ABŞ səfirliyinin Qüdsə daşınması istiqamətində veriləcək hər hansı bir qərarın regionda təhlükəsizlik və sabitlik baxımından çox təhlükəli nəticələr doğuracağı haqda xəbərdarlıq edib: “Fələstin xalqı haqq və dəyərlərini hədəfə alan bu kimi davranışlar qarşısında səssiz qalmayacaq”.

Deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanıyan qərar versə, bu addım bütün müsəlman aləmində, o cümlədən Azərbaycan ictimaiyyətində ABŞ-a münasibətdə çox böyük çat əmələ gətirəcək.

Azərbaycanın dövlət siyasətində bu məsələ əlahiddə məsələ kimi yer almır. Amma cəmiyyətdə ABŞ prezidentinin belə bir qərar verməsi ciddi narazılıqlar yaradacaq. Çünki bu qərar müsəlmanların duyğularına toxunacaq ciddi bir məsələdir. Bu, Azərbaycan cəmiyyətində də böyük bir anti-ABŞ əhval-ruhiyyəsinin yaranmasına daha çox səbəb olacaq. Amma dövlətin siyasətinin bu hadisədən ciddi təsirlənməsini güman etmirəm".

Deputat qeyd etdi ki, Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərar verməsi gözlənilir: “Çünki bölgədə vəziyyətin gərginləşdirilməsi üçün müxtəlif səylər var. Qüds məsələsinin ortaya atılması da o səylərdən biridir. Bu, problemin həlli üçün düşünülən addım deyil. Bu, bölgədə problemin qızışdırılmasına yönələn addımdır. Suriya, Liviya və başqa məsələlər göstərdi ki, burada vəziyyəti düzəltmək niyyəti güdülmür, proseslərin gərginləşdirilməsi niyyəti güdülür. Qüds məsələsi də bu niyyətin tərkib hissəsi ola bilər. Yəni bölgədə yeni bir müharibə alovu yaratmaq üçün düşünülən bir addım ola bilər. Çünki Amerikanın son illərdə atdığı addımlarda bu daha çox müşahidə olunmaqdadır”.

Xatırladaq ki, Qüdsü İsrailin paytaxtı kimi tanımağı Tramp hələ namizəd olarkən vəd edib. Bu məsələ o zaman da ciddi reaksiya doğurub və ehtimal ki, Vaşinqton bu qərarın doğuracağı reaksiyanı nəzərə alaraq hələ ki son addımı atmır. ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qanun ABŞ-da 1995-ci ildə qəbul olunsa da, əvvəlki ABŞ prezidentləri Bill Klinton, Corc Buş və Barak Obama hər 6 aydan bir “milli təhlükəsizlik” səbəbi ilə qanunun tətbiqinə veto qoyub. Ancaq indi Tramp yəhudilərə söz verib və görünən odur ki, Konqresdən ciddi müqavimət olmasa-hansı ki, artıq faktiki olaraq Konqres bu qanunu qəbul edib-səfirliyin köçürülməsi reallaşa bilər. Ancaq Qüds şəhəri artıq 50 ildir ki, İsrailin nəzarətində olsa da, müsəlmanlar bu şəhərin geri alınacağına ümidlərini itirməyib.

Qüds hər 3 səmavi dinin-İslam, Xristianlıq və Yəhudiliyin müqəddəs şəhəridir. Hər 3 dinin yaranmasında və əsas mətnlərində bu şəhər müqəddəs məkan olaraq qeyd olunur. Qüdsdə yerləşən “Əl-Əqsa” məscidi isə müsəlmanlar üçün xüsusi statusa malikdir. Çünki müsəlmanların ilk qibləsi, yəni ibadət edərkən üzlərini tutduqları şəhər Qüds idi, Həzrət Məhəmməd (s.ə.s) bu şəhərdən “meraca” gedib. “Əl-Əqsa” Quranda mübarək məkan adlandırılıb, müsəlman aləmi üçün Məkkədən sonra ikinci müqəddəs məkandır. Məscidin adı Məhəmməd Peyğəmbərin (s.ə.s) sağlığında Məkkəyə ən uzaq yerdə olması səbəbindən “Məscid əl-Əqsa” adlandırılıb. Ancaq bu müqəddəs məkanın tarixi İslamdan çox-çox qədimə gedir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan: "Trampın bəzi fikirləri narahatlıq doğurur"

    Ərdoğan: "Trampın bəzi fikirləri narahatlıq ...

    22-01-2017, 16:31

  • 
  • Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib

    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib ...

    24-12-2015, 15:02

  • 
  • Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə zəng etdi

    Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə zəng ...

    13-09-2016, 13:35

  • 
  • Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

    Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng ...

    9-06-2017, 23:10

  • 
  • Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ...

    16-04-2017, 23:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu