Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ərzurumda keçirilən mitinqdə çıxış edib. Təxminən 60 min adamın iştirak etdiyi mitinqdəki çıxışında baş nazir bəyan edib ki, Taksim meydanının boşaldılması əmrini polisə o verib.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, güc strukturları sona qədər səbr ediblər, aksiya iştirakçılarını dağılışmağa çağırıblar. "Dağılışmadılar. Ona görə də onları meydandan polis çıxarmalı oldu. Qadağan olunmuş yerdə bunu etsən, ictimai asayişi pozmağa cəhd göstərsən, polis su da sıxar, bibər qazı da. Bu ölkə demokratik, sosial bir hüquq dövlətidir".
Qeyd edək ki, Ərzurumdakı mitinqdə yüksək təhlükəsizlik tədbirləri görülüb. Rəcəb Tayyib Ərdoğanın keçdiyi yollardakı çoxmərtəbəli binaların üstünə snayperlər yerləşdirilib.
Rəcəb Tayyib Ərdoğan mitinqdən sonra onu izləməyə gələnlərə qırmızı qərənfillər atıb.
Sorğu
Yeni dizaynımız necədir?