Almaniya kansleri hazırladığı hökumət proqramı Bundestaqda qəbul edilib
Almaniyanın kansleri Anqela Merkel Türkiyənin Avropa Birliyinə (AB) üzvlüyünü qəbul etmədiklərini bəyan edib. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, Merkelin bu istiqamətdə hazırladığı hökumət proqramı Bundestaqda qəbul edilib. Məlumata görə, kanslerin hazırlaığı 128 səhifəlik proqramda “Türkiyə ilə əlaqələri xüsusi səviyyəyə çatdırmaq” başlıqlı xüsusi hissə var.
“Türkiyənin strateji və iqtisadi cəhətdən Avropa üçün əhəmiyyətini dərk edirik. Türkiyə və Almaniyadakı insanlar arasında çoxşaxəli münasibətlər var. Bu səbəbdən Türkiyə ilə AB-nin münasibətlərini inkişaf etdirmək istəyirik. Yaxın əməkdaşlıq həm AB-dəki, həm də Türkiyədəki insanların mənfəətinədir. Türkiyə ilə AB arasında mümkün qədər yaxın münasibət, xarici və təhlükəsizlik siyasətində isə strateji əməkdaşlıq istəyirik. Türkiyənin AB-yə tamhüquqlu üzvlüyünü qəbul etmirik. Çünkü Türkiyə üzvlük üçün tələb olunan meyarlara sahib deyil. Ölkənin böyüklüyü və iqtisadi quruluşu AB-yə ağırlıq edər” – deyə Merkelin hökumət proqramında bildirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?