Keçmiş MKİ rəhbəri Maykl Hayden, İraq və Suriyanın unitar dövlət quruluşunun artıq geridə qaldığını və bölgədə PKK dövləti qurulacağını iddia edib.
Vaşinqtondakı beyin mərkəzlərindən olan Ceymstaun Fondunun 11-ci terror konfransında yekun çıxışı keçmiş ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sədri və keçmiş Milli Təhlükəsizlik İdarəsinin (NSA) rəhbəri Maykl Hayden edib. Hayden, görüşdən sonra Amerikanın Səsinə açıqlama verib.
PKK DÖVLƏTİNİ ANKARAYA ANLATMALIYIQ
Açıqlamasında Yaxın Şərqdə muxtar bir PKK dövlətinin qurulacağını iddia edən Hayden, "Mənim fikrimcə, İraq və Suriya kimi bildiyimiz unitar ölkələr artıq yoxdur. Tamamilə məhv olmadılar, amma unitar dövlət quruluşu geridə qaldı. Fərqli proseslər çıxacaq ortaya. Bunlardan biri də muxtar Kürdüstan dövləti olacaq. Biz Amerikalılar son döyüşdəki nailiyyətlərə görə, Kürdlərə minnətdarlıq duyuruq. Buna görə də muxtar bir Kürdüstan olacağını Ankaradakı dostlarımızla oturub danışmağımız lazımdır. Türklərə Muxtar bir Kürdüstan Türkiyənin təhlükəsizliyi baxımından hansı şərtlərdə qəbul edilə bilər, deyə, soruşmalıyıq. Əlbəttə, danışılası çətin bir məsələdir, ancaq heç olmazsa, dürüst bir dialoq olacaq. Bu dialoq prosesini məncə, dərhal başlamalıyıq" deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?