ABŞ Müdafiə Nazirliyi Uçan naməlum obyektlərin (UNO) tədqiqatı proqramına milyonlarıa pul xərcləyib.
Həmin proqram çərçivəsində Pentaqon havada asılıb qalan və ya qeyri-adi dərəcədə yüksək sürətlə uçan obyektlərin görüntülərini və videoyazısını toplayıb, ABŞ mediası xəbər verib.
"Aerokosmik təhlükələrin tanınması proqramı" adlı layihəyə 2007-ci ildə start verilmişdi və ABŞ mətbuatında qeyd olunduğu kimi, həmin proqram 2012-ci ildə bağlanmışdı.
Bu layihənin təşəbbüskarı o dövrdə ABŞ Senatında Demokratlar partiyası çoxluğunun lideri Harry Reid olub.
Bu proqrama Pentaqon 20 milyon dollardan çox xərc qoyub.
Büdcə vəsaitlərininə qənaət məqsədi ilə proqram artıq bağlanıb.
ABŞ Konqresinin keçmiş əməkdaşlarından biri Politico nəşrinə bildirib ki, bu proqramdan ABŞ ilə rəqabət aparan ölkələrin texnologiya sahəsində fəaliyyətinin izlənilməsi üçün də istifadə oluna bilərdi.
"Ola bilərdi ki, hərəkət edən hansısa bir naməlum obyekt Çinə və ya Rusiyaya məxsus olsun", - həmin mənbə qeyd edib.
Bu il ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi məxfilik müddəti çıxmış sənədlərdən milyonlarla səhifəni dərc edib.
Həmin dərc olunmuş materiallarda UNO-lara aid qeyd və raportlara da rast gəlinir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?