Amerika prezidenti Donald Tramp ölkənin immiqrasiya siyasətinə həsr olunmuş brifinqdə Əfqanıstan, Haiti və Nigeriyadan ABŞ-a olduqca çoxlu sayda insanın gəlməsindən ciddi narazılığını bildirib, həmçinin həmin şəxslər barəsində etinasız fikirlər səsləndirib.
Nəşrin rəsmi şəxslər arasında olan mənbələrinin sözlərinə görə, bu görüş iyunda Ağ evdə baş tutub.
Qeyd olunur ki, Tramp Oval otağa qəzəbli şəkildə daxil olub. O, ABŞ-ın immiqrasiya siyasətini sərtləşdirmək cəhdlərinə baxmayaraq, yanvardan ölkəyə çoxlu sayda əcnəbinin gələsindən çox acılqı olub.
Belə ki, Amerika lideri guya bildirib ki, viza alan şəxslərdən 2,5 mini Əfqanıstandan gəlib. O, bu ölkəni terrorçuların sığınacağı hesab etdiyini söyləyib. Haitidən 15 min insanın gəldiyini bildirən Tramp iddia edib ki, "onların hamısında QİÇS var".
"40 min insan Nigeriyadan gəlib. ABŞ-ı görəndən sonra onların heç biri Afrikadakı daxmalarına qayıtmayacaqlar", - deyə o əlavə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?