Ağ Evin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti aparıb. Suriyada Afrində vəziyyət telefon söhbəti zamanı müzakirələrin diqqət mərkəzində olub.
Prezident Tramp Suriyada Afrin bölgəsində zorakılığın artması ilə bağlı narahatlıqları bölüşərək, bunun Suriyada iki ölkənin bölüşdüyü ümumi maraqlara risklər yarada biləcəyini qeyd edib. O, Türkiyəni gərginliyi artırmamağa, hərbi əməliyyatlarını məhdudlaşdırmağa və mülki əhali arasında tələfatlara və yerlərindən didərgin düşmüş insanlar və qaçqınların sayının artmasına yol verməməyə çağırıb. O həmçinin Türkiyəni ehtiyatlı davranmağa və Türkiyə və Amerika qüvvələri arasında münaqişə riski yarada biləcək hər hansı bir hərəkətə yol verməməyə çağırıb. Tramp hər iki ölkənin tərəflərin diqqətini İŞİD-in məğlub edilməsi kimi ümumi məqsədə yönəltməli olduğunu bir daha təkrar edib.
Ağ Evin açıqlamasında deyilir ki, hər iki prezident İŞİD-in məğlub edilməsinin ardınca 100 mindən çox suriyalının öz ölkələrinə qayıtmasını alqışlayıb və insanların evlərinə qayıtmasına kömək məqsədilə əməkdaşlığın davam etdirilməsinə söz verib.
Prezident Tramp Türkiyənin təhlükəsizliklə bağlı legitim narahatlıqlarını ünvanlamaq üçün daha yaxın ikitərəfli əməkdaşlığa dəvət edib. İki lider Türkiyə də daxil olmaqla, qonşularına təhlükə yaratmayan vahid Suriyada vəziyyətin sabitləşdirilməsinin vacibliyini müzakirə edib.
Ağ Evin açıqlamasına görə, prezident Tramp həmçinin Türkiyədən gələn destruktiv və saxta ritorika ilə bağlı və eləcə də Türkiyədə fövqəladə vəziyyətlə əlaqədar Birləşmiş Ştatlar vətəndaşları və yerli işçilərin saxlanmağa davam etməsilə ilə bağlı narahatlığını ifadə edib.
İki lider Birləşmiş Ştatlar və Türkiyə arasında xüsusilə də regional sabitliyin gücləndirilməsi və İŞİD, PKK, Əl-Qaidə və İranın sponsorluq etdiyi terrorizm daxil, terrorizmin bütün formalarına qarşı mübarizə daxil olmaqla strateji tərəfdaşlığın yaxşılaşdırılmasına söz verib./amerikaninsesi.org
Sorğu
Yeni dizaynımız necədir?