Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində dünən PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 20 obyekt dağıdılıb, 73 terrorçu məhv edilib. Bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.
Məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 557 terrorçu məhv edilib.
Məlumata görə, yanvarın 28-də əməliyyata 13 təyyarə cəlb edilib. Terrorçularla döyüş zamanı iki hərbçi yaralanıb.
Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.
Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?