ABŞ Müdafiə Nazirliyi (Pentaqon), terror təşkilatı PYD/PKK-nın örtük təşkilatı olan SDG-nin bəzi güc ünsürlərinin Afrində davam edən “Zeytun Budağı” hərəkatı səbəbi ilə Suriyanın şimalına transfer edildiyini, ancaq bunun ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiyanın əmri ilə olmadığını bəyan edib.
Pentaqon başda olmaqla, ABŞ qurumları, Afrindəki PYD/PKK ünsürlərinin ABŞ rəhbərliyindəki koalisiya ilə əlaqəli olmadığını və ABŞ-ın Afrindəki qruplara hərbi dəstək vermədiyini ifadə edir. Bundan başqa, Pentaqon, İŞİD əleyhinə əməliyyatlardan ayrılıb, Afrində PYD/PKK sıralarında döyüşməyə gedən qruplara ABŞ-ın dəstəyini itirəcəkləri xəbərdarlığı edildiyini də bildirib. Pentaqonun bu açıqlamasına rəğmən, ABŞ-ın rəsmi olaraq dəstəklədiyi SDG, Afrində Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusuna (ASO) qarşı intihar hücumu həyata keçirdiyi iddia edilən Avesta Habur adlı qadın terrorçunu tərifləyən yazılı bəyanat verib. Və maraqlısı də budur ki, SDG-nın bəyanatının altında "SDG Afrin Komandanlığı" imzası qeyd olunub. Bu faktın özü bir daha göstərir ki, Suriyanın şimalında Türkiyə əleyhində baş verən bütün hadisələrin başında məhz ABŞ qurumları, o cümlədən Pentaqon durur./müxalifət.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?