Türkiyə Afrində keçirilən “Zeytun budağı” əməliyyatı ilə bağlı mütəmadi olaraq NATO-ya məlumat verir.
Bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər türk rəsmilərlə aparılan danışıqlarda beynəlxalq koalisiya təmsilçilərinin bir-biri ilə vuruşmaması üçün Suriyada quru əməliyyatı təşkil edən ölkələr arasında təmas qurulmasının önəmli olduğunu dilə gətirdim. Hər kəsin bunu anladığını düşünürəm və biz bu məsələyə ciddi yanaşırıq. Türkiyə Afrin əməliyyatı barədə əvvəl də məlumat verib və gələcəkdə də verəcək”, - baş katib bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?