İŞİD ilə mübarizə bəhanəsi ilə Suriyaya gedərək terror təşkilatı YPG terrorçularına qoşulan əcnəbi terrorçuların cəsədləri ölkələrinə göndərilir.
Suriyanın şimalında terror təşkilatı PKK-ya kukla bir dövlət qurmaq istəyən xarici qüvvələr, terrorçulara silah və sursat yardımı ilə yanaşı, döyüşçü, təlim və kəşfiyyat kadrlarıyla da təmin edir. Bunun qarşılığı olaraq Avropadan Suriyaya gedərək terror təşkilatının sıralarına qatılan əcnəbi terrorçular tabutlarda ölkələrinə qayıdırlar.
TÜRKİYƏNİ DAYANDIRACAQLAR
Fərat Qalxanı Hərəkatı başladığı dövrdə də "Türkiyəni biz dayandıracağıq" deyərək ortaya çıxan 5 İngilis terrorçusu, YPG cərgələrində öldürülmüşdü. 5 terrorçunun cəsədi tabutlarla Londona göndərilmişdi.
AFRİNDƏKİ ƏCNƏBİ TERRORÇULAR ÖLDÜRÜLÜR
İngilis terrorçulardan sonra Afrindən indi də Alman və Amerikalı terrorçuların meyitləri ölkələrinə göndərilmək üçün tabutlara qoyulub. 2 terrorçunun tabutunun üzərinə ölkə bayraqları sərilərkən, YPG-li terrorçular də təşkilatın simvolu olan əski parçalarını qaldırıblar. Müxalifət.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?