ABŞ-ın Suriya və İraq əməliyyatlarından məsul generalı Pol Funk, terrorçularla keçirdiyi görüşlərdən sonra PYD/PKK-ya dəstək verən Ərəb tayfalarına də təşəkkür ziyarəti həyata keçirib.
İraqı, Əfqanıstanı qarışdıran ABŞ, bu dəfə də çirkli planlarını Suriya üzərində həyata keçirir. Daha əvvəl Orta Şərqi bataqlıq halına gətirən ABŞ, indi də Suriyada PYD/PKK və Ərəb tayfalarını istifadə edərək çirkin əməllərini həyata keçirməyə çalışır.
ƏRƏB TAYFALARINA ZİYARƏT
ABŞ-ın Suriya və İraq əməliyyatlarından məsul generalı Pol Funk, çərşənbə günü üst səviyyə komandirlər heyəti ilə birlikdə Menbiçə gəlmiş, özü ilə gətirdiyi mətbuat ordusu ilə beynəlxalq ictimai rəyi aldatmaq üçün təbliğat “əməliyyatı” keçirmişdilər. Regionda həyata keçirilməyə çalışılan çirkli plan, bu dəfə Ərəb tayfaları üzərindən həyata keçirildiyi bəlli olub. Amerikalı general Funkun PYD/PKK-ya dəstək verən və bu günə qədər orta mövqedə qalan Ərəb tayfa liderlərini Münbiçdə bir araya gətirdiyi və məşvərət toplantıları keçirdiyi ortaya çıxıb.
ƏRƏBLƏRDƏN TÜRKİYƏ ƏLEYHİNƏ TƏXRİBATÇI HƏRƏKƏTLƏR
Amerikalı general Pol Funkun başçılığı ilə Münbiçdə terror təşkilatı PYD/PKK və ona dəstək verən Ərəb tayfa liderləriylə baş tutan toplantıdan sonra Ərəb tayfalarının növbəti dəfə Türkiyəyə xəyanət etdiyi və satqın bir mövqe nümayiş etdirdiyi üzə çıxıb. Birinci Dünya müharibəsində İngilislərə Orta Şərqin qapısını açan Ərəb xəyanəti, bu gün də ABŞ, PYD/PKK ittifaqına xidmət etməyə davam edir.
Sorğu
Yeni dizaynımız necədir?