Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı 21 gündür davam edir.
Türkiyə bu gün iki kəndi terrorçulardan azad edib.
Türkiyə Silahlı Qüvvələrinin əsgərləri Azad Suriya Ordusunun əsgərləri ilə birlikdə Nisriyye və Dükkan kəndlərini tutublar. "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 42-yə çatıb.
Ordu qərargahından verilən məlumata görə, 21 gün ərzində 1062 terrorçu zərərsizləşdirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?