Mixail Saakaşvili Newsone telekanalının translyasiya etdiyi telefon söhbətində bazar ertəsi Ukraynadan çıxarılması və indi Varşavada olması barədə yayılan xəbərləri təsdiqləyib.
Sabiq-qubernator, həmçinin tutulmasının detallarını açıqlayıb. M.Saakaşvili qeyd edib ki, maskalı adamlar onu Kiyevdə tutaraq qollarını burub, gözlərini və əllərini bağlayıblar. Sonra vertolyotla Borispol aeroportuna aparıblar. Orada isə təyyarəyə mindirərək Polşa paytaxtına gətiriblər.
"Bu Poroşenkonun xırda, ucuz “boşanmasıdır”. Bu alçaq barıqa Ukraynanı məhv etmək istəyir. Onu ki, onlar etdilər, - bu onların məğlubiyyətidir", - deyə Saakaşvili vurğulayıb.
*** 20:42
Mixail Saakaşvili artıq Polşa ərazisindədir.
Bu barədə Polşa Dövlət Sərhəd Xidmətindən bildirilib.
“Polşa Ukrayna hökumətinin müvafiq müraciəti əsasında M.Saakaşvilini qəbul edib”, - məlumatda deyilir.
Xatırladaq ki, bir az əvvəl Mixail Saakaşvilinin müdafiəçiləri bildirmişdilər ki, Polşa siyasətçinin qayıdışına razılıq verməyib, buna görə də readmissiya proseduru qeyri-mümkündür.
***19:44
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna vaxtı ilə saat 16 radələrində (Bakı vaxtı ilə 18.00-da) Polşaya uçub.
Saytın mənbəsi həmçinin bildirib ki, bu deportasiya deyil, readmissiya - qeyri-leqalın gəldiyi ölkəyə qaytarılmasıdır.
**17:54
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyev şəhərində, "Suluquni" restoranının yaxınlığında saxlanılıb.
Bunu onun dostu David Sakvarelidze deyib. O bildirib ki, M.Saakaşvili xüsusi təyinatlılar tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb
Hüquq-mühafizə orqanlarından isə qeyd olunub ki, M.Saakaşvili Miqrasiya Xidmətinin tələbi ilə saxlanılıb.
Xatırladaq ki, Kiyev məhkəməsi M.Saakaşvilinin qaçqın statusu almaqla bağlı apellyasiya şikayətini rədd edib./virtualaz.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?