Rusiya YouTube və Instagram platformalarını, ölkə rəsmilərindən birinin rusiyalı milyarderlə onun şəxsi yaxtasında olduğunu göstərən foto və videolar yığışdırılmasa, bu saytlara girişin bağlanacağı ilə hədələyib.
Sözügedən foto və videolarda Trampın keçmiş kampaniya başçısı Pol Manafortla bağları olan milyarder Oleq Deripaska və Rusiya baş nazirinin müavini Sergey Prixodko görünür.
Rusiyada medianı tənzimləyən Roskomnadzor şənbə günü bildirib ki, Deripaska və Prixodkonu təsvirləyən 14 Instagram postu və 7 YouTube videosu silinməsə, bu platformalara giriş bloklanacaq.
Deripaska bu postların bloklanması üçün orderi özünün doğma şəhəri Ust-Labinskdəki məhkəmədən alıb. Məhkəmənin qərarında Deripaskanın şəxsi həyatına müdaxilə edildiyi deyilir.
Roskomnadzor sözü gedən materialların silinməsi üçün saytlara üç gün vaxt vermişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?