Kreml Rusiya hökumətinin 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxiləsini rədd edib.
Kremlin sözçüsü Dmitri Peskov müxbirlərə bu iddiaların əsassız olduğunu deyib.
Bu açıqlamalar ABŞ-ın xüsusi prokurorunun Rusiyanın 13 vətəndaşı və 3 təşkilatına qarşı prezident Donald Trampın xeyrinə seçkilərə təsir göstərmək üçün qeyri-qanuni “informasiya müharibəsi” aparmaqda ittihamnamə irəli sürməsindən sonra verilib.
Federal Təhqiqat Bürosunun keçmiş direktoru Robert Müllerin ittihamnaməsində Kremllə əlaqələri olan Sank-Peterburqda qərargahlanan sosial media şirkəti İnternet Araşdırma Agentliyinin bu səylərə rəhbərlik etdiyi bildirilir.
37 səhifədən ibarət sənəddə Rusiyanın konspiratorlarının öz səylərini Trampın kampaniya üzvləri ilə əlaqələndirməyə çalışdığı iddia edilir, lakin Trampın kampaniyasının üzvlərindən heç biri Rusiya ilə əlaqədə günahlandırılmır.
ABŞ-ın kəşfiyyat icması və hazırda xüsusi prokuror Müllerin Rusiyanın Trampın qələbəsinə kömək etmək üçün seçkilərə müdaxilə məqsədilə geniş kampaniya apardığı haqda nəticə çıxarmasına baxmayaraq, Tramp uzun müddətdir onun kampaniyasının Rusiya ilə əlaqələri olmadığında təkid edir.
Bu, Müllerin ofisinin ruslara və Rusiyanın təşkilatlarına qarşı 2016-cı ildə seçkilərə müdaxilə ilə bağlı irəli sürdüyü ilk ittihamnamədir.
Tramp Twitter səhifəsində Müllerin və Konqresin komitələrinin apardığı müxtəlif təhqiqatları təndiq atəşinə tutub.
O, tənqidərini həmçinin Rusiyanın seçkilərə müdaxiləsini “danılmaz” adlandırmış milli təhlükəsizlik məsələləri üzrə müşavir Makmasterə də ünvanlayıb.
Tramp bildirib ki, Makmaster “2016-cı il seçkilərinin nəticələrinə ruslar tərəfindən təsir göstərilmədiyi və dəyişdirilmədiyini” deməyi unudub.
Müllerin təhqiqatı Trampın kampaniyasının keçmiş sədri Pol Manafort və onun tərəfdaşı Rik Geytsə qarşı onların Trampın 2016-cı il kampaniyasından əvvəlki dövrdə Urkaynada lobbiçilik fəaliyyəti ilə əlaqədar çirkli pulların yuyulmasına dair ittihamların irəli sürülməsinə gətirib çıxarıb.
Trampın keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn və onun kampaniyasının siyasi məsələlər üzrə keçmiş müşaviri Corc Papadopulos Federal Təhqiqat Bürosuna Rusiya rəsmiləri ilə kontaktlarına dair yanlış məlumat verməkdə özlərini günahkar tanıyıb. Onlar Müllerin təhqiqatı ilə əməkdaşlıq aparır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?