Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Suriyanın İdlib şəhərində yeni müşahidə postlarının yaradılması məsələsini telefon söhbəti zamanı müzakirə ediblər. Bu barədə Türkiyə prezidentinin ofisindən mənbə məlumat verib.
Ərdoğan və Putin telefon söhbət zamanı Suriyanın İdlib şəhəri və Afrin bölgələrində durumu müzakirə ediblər. Mənbənin bildirdiyinə görə, prezidentlər iki ölkənin terrorizmə qarşı birgə mübarizədə əzmini təsdiq ediblər.
Rusiya prezidentinin ofisinin verdiyi açıqlamada deyilir ki, prezidentlər Astana formatında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi məsələsinə xüsusi diqqət veriblər. Müzakirələr zamanı Rusiya, Türkiyə və İranın Suriyada təhlükəsizlik zonalarının effektiv fəaliyyətini və siyasi prosesin inkişaf etdirilməsini təmin etmək məqsədilə səylərinin sıx əlaqələndirilməsinə hazırlığı təsdiq edilib.
Türkiyə Suriyanın Afrin regionunda bir neçə həftədir Suriya kürdlərinin YPG birləşmələrinə qarşı havadan və quruda əməliyyatlar aparır. Ankara YPG-ni terrorçu qrup hesab edir, lakin ABŞ Suriyada İslam Dövləti qrupuna qarşı mübarizədə qrupu əsas kompenentlərdən biri sayır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?