Türkiyənin Kilis vilayətinin Afrin rayonu ilə sərhədi tamamilə terrorçulardan təmizlənib.
Hərbi mənbələr Kilis sərhədi üçün hər hansı təhdidin qalmadığını bildirir. Qeyd olunur ki, Afrində "Zeytin budağı" əməliyyatı başladığı gündən 82 yaşayış məntəqəsi azad edilib. Əməliyyatlar zamanı 32 türkiyəli hərbçinin həlak olduğu məlumat verilib. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.|Trend
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?