Almaniya hökuməti adam oğurluğunda, oğurladığı şəxsin doğmalarından 5 milyon dollar pul tələb etməkdə ittiham olunan Çeçenistan Respublikasının vətəndaşı Lomali Nukayevi Rusiyaya ekstradisiya edib.
Bu barədə Rusiya Federasiyası Baş Prokurorluğundan məlumat verilib.
İstintaqın gəldiyi nəticəyə görə, L.Nukayev digər şəxslərlə əlbir olaraq 1998-ci ildə bir nəfəri oğurlayaraq 2000-ci ilə kimi Azərbaycanda və Rusiyanın Şimali Qafqaz Federal Dairəsində saxlayıb.
Oğurlanan şəxs girovluqdan xüsusi əməliyyat zamanı azad edilib.
L.Nukayevin mühakimə olunacağı gözlənilirdi. Amma Çeçenistan Respublikasının Şalinski şəhər məhkəməsi tərəfindən onun işinə baxılarkən L.Nukayev gizlənməyə müvəffəq olmuşdu. Əvvəlcə federal, daha sonra isə beynəlxalq axtarışa verilən Nukayev ötən ilin sentyabr ayında Almaniyada saxlanılmışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?