8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə İranın paytaxtı Tehranda qadınların aksiyası keçirilib.
Bu barədə informasiyanı İran Xalq Müqaviməti Şurası yayıb. Aksiyada qadınlar onlara qarşı diskriminasiyanın aradan qaldırılmasını istəyiblər. Polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib və 20 nəfər həbs olunub. Aksiyanın video və foto görüntülərinin çəkilişi də yasaqlanıb./axar
Sorğu
Yeni dizaynımız necədir?