ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən kənarlaşdırıb və onu Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Mayk Pompeo ilə əvəz edib.
Mərkəzi Kəşfiyyat Agentliyinin yeni direktoru isə Pompeonun müavini Gina Haspel olacaq.
"Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru Mayk Pompeo yeni dövlət katibimiz olacaq. O, möhtəşəm iş görəcək. Reks Tillerson, xidmətinizə görə təşəkkür edirəm. CIA-in yeni direktoru Gina Hasper olacaq. O bu vəzifəyə təyin olunan ilk qadındır. Hər kəsə təbriklər!” deyə Tramp çərşənbə axşamı Twitter səhifəsində yazıb.
“Prezident Şimali Koreya ilə gələcək müzakirələrdən və ticarətlə bağlı davam edən danışıqlardan öncə yeni komandasının təşkil edilməsinə əmin olmaq istəyir”, deyə Ağ Evin rəsmisi bəyan edib.
Prezident Tramp keçən həftə Şimali Koreya lideri Kim Yonq Unla şəxsən görüşməyə razı olduğunu bildirib. Görüşün detallarının hazırlanması gözlənilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?