“Ümid edirəm ki, bu günün sonunadək Afrin terrorçulardan təmizlənəcək”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O deyib ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində keçirdiyi əməliyyatı nəticəsində 3444 terrorçu məhv edilib.
R.T.Ərdoğan Afrində Türkiyənin günahsız insanları öldürməsi iddiasına da sərt cavab verib: “Biz Qərb kimi günahsız insanları öldürmürük. Ruanda, Liviyada minlərlə insanın canını aldılar. Əvvəlcə bunların, İraqda öldürdükləri günahsız insanların hesabını versinlər. Türkiyə günahsız insanları hədəf alsaydı Afrindəki əməliyyatlarımız çoxdan bitmiş olardı. Biz günahsız insanlara zərər gəlməməsi üçün tam ehtiyatlı şəkildə əməliyyat aparırıq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?