Afrində aparılan “Zeytun Budağı” Hərəkatında 4 minə yaxın itki verən terror təşkilat PKK-nın Türkiyə sərhədləri içindəki təşkilat mənsubu sayının 1000- 1200 civarına düşdüyü haqda hesabat verilib.
Qərb dünyasının bütün əngəllərinə baxmayaraq Türkiyənin qətiyyətlə sürdürdüyü əməliyyatlar terror təşkilatı PKK-nı bitmə nöqtəsinə gətirib. Türkiyə, soyuq qış ayları boyunca fasiləsiz davam edən əməliyyatlar və “Zeytun Budağı” Hərəkatı ilə terrorla mübarizədə son illərin ən yaxşı mövqeyinə gəlmişdir. Xüsusi xidmət və təhlükəsizlik orqanlarının fəaliyyəti nəticəsində hərəkətsiz hala gələn terror təşkilatına qoşulanların sayı 83 faiz azalıb.
SON İLLƏRİN ƏN AŞAĞI GÖSTƏRİCİSİDİR
İraq və Suriyada ciddi zərbə alan terror təşkilatı, Türkiyə sərhədləri içində də hərəkət edə bilməz vəziyyətə gətirilib. Terrorçular, ya da tərəfdarları "girilməz" və ya "əlçatmaz" dediklərin Kato dağındakı terror yuvalarının təmizlənməsi və təşkilatın Afrinə əlavə qüvvə göndərməsi qərarı Türkiyə içindəki təşkilat mənsublarını sayını azaldıb. Təhlükəsizlik mənbələrindən alınan məlumatlara görə, terror təşkilat PKK-nın Türkiyə sərhədləri daxilindəki üzvlərinin sayı 1000- 1200 civarına düşüb. Mənbələr bu yay keçiriləcək əməliyyatlarla PKK-nın bitmə nöqtəsinə gələcəyini bildirib.
QƏNDİL VƏ MENBİÇ
Ötən günlərdə prezident Ərdoğanın açıqladığı "Qəndilə əməliyyat" üçün İraq hökumətilə danışıqlar davam edir. Afrindən sonra Menbiç və Qəndilə İraq ilə birlikdə keçiriləcək əməliyyatlar PKK-nın süqutunu sürətləndirəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?