Rusiya prezidenti Vladimir Putin Kemerovo şəhərindəki ticarət mərkəzində baş verən yanğın nəticəsində həlak olanların xatirəsini anmaq üçün 28 mart tarixini matəm günü elan edib.
gundemxeber.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
“Matəm günü ölkənin bütün ərazisində dövlət bayraqları aşağı salınacaq. Teleradio şirkətlər və mədəniyyət müəssisələri əyləncəli tədbir və verilişləri ləğv edəcəklər. Həlak olanların və xəsarət alanların ailələrinə yardım göstərilməsi üçün addımlar atılacaq”, - deyə xəbərdə bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?