Ermənistan parlamentinin iclasının gedişində müxalifətçi “Yelk” fraksiyasının nümayəndələri Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə qarşı məşəl şousu təşkil ediblər.
“Biz hamını aprelin 13-də Azadlıq meydanına toplaşmağa və Serj Sarkisyanın baş nazir təyin edilməsinin qarşısını almağa, Respublika partiyasının hakimiyyətinə son qoymağa çağırırıq”, – fraksiyanın üzvü Ararat Mirzoyan deyib. gundemxeber.az xəbər verir ki. daha sonra deputat hamını “azadlıq məşəli” yandırmağa səsləyib və əlindəki tüstü məşəlini yandırıb.
Sorğu
Yeni dizaynımız necədir?