Yaponiya ABŞ prezidenti Donald Trampın Trans-Sakit okean tərəfdaşlığına yenidən qoşulmaq istəməsi barədə xəbəri alqışlayıb.
Yaponiyanın maliyyə naziri Taro Aso deyib ki, o, Trampın (TPP)Trans-Sakit okean tərəfdaşlığına yenidən qoşulmaq yollarını araşdırması barədə qərarını alqışlayır.
“Bu, həqiqətən də belədirsə, mən bunu alqışlayıram” deyə Taro Aso bildirib.
O bu şərhləri prezident Donald Tramp ticarət paktına bir daha diqqət yetirmək istəməsindən sonra verib.
Baxmayaraq ki, müxbirlərlə danışarkən Aso nikbin idi, baş nazirin müavini Yoşihide Suqa prosesin çətinliyindən danışıb.
“Biz düşünürük ki, razılığın bəzi hissələrini çıxardıqdan sonra bunu yenidən müzakirə etmək olduqca çətin olacaq” - deyə, baş nazir bildirib.
Tramp özünün iqtisadiyyat və ticarə məsələləri üzrə yüksək səviyyəli məsləhətçilərinə ötən il hakimiyyətə gəldikdən üç gün sonra ləğv etdiyi paktı yenidən nəzərdən keçirmək barədə sərəncam verib.
ABŞ Trampın sələfi dövründə TPP danışıqlarında iştirak edirdi. Lakin Tramp ötən ilin əvvəli özünün “Amerika Birinci” siyasəti ilə ABŞ-ı TPP-dən çıxarıb.
Avstraliya, Kanada Yaponiya və Meksika da daxil olmaqla, 11 ölkə Asia-Sakit okean ticarət razılığını martın 8-i Santiaqoda imzalayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?