ABŞ prezidenti Donald Trampın tərəfdarları Federal Təhqiqatlar Bürosunun (FBI) sabiq direktoru Ceyms Kominin yaxın günlərdə yayılacaq kitabını gözdən salmaq üçün onlayn kampaniya keçirirlər.
Kominin “Yüksək sadiqlik: Həqiqət, yallanlar və liderlik” (A Higher Loyalty: Truth, Lies, And Leadership) adlı kitabının yayını 17 aprel tarixinə planlaşdırılıb.
Associated Press agentliyinin verdiyi məlumata əsasən kitabda prezident Trampın ünvanına çoxlu tənqidlər var.
Associated Press agentliyinin Ağ Ev müxbiri Conatan Lemirin sözlərinə görə, Komi kitabda prezidenti “qeyri-etik” adlandırıb və onun liderlik stilinin eqoizm və şəxsi sadiqlik üzərində formalaşmışdığını qeyd edir.
Lemir kitabda Kominin hətta Trampı mafiya bosuna bənzətdiyini və prezidentin sanki Nyu York cinayət ailəsinə rəhbərlik etdiyini yazdığını bildirib.
Memuarın Komi ilə ABŞ prezidenti arasındakı qarışıq münasibətlər haqqında daha ətraflı məlumat verəcəyi güman edilir.
Prezident sabiq FBI direktorunu işdən azad edib. Komi isə öz növbəsində Trampı müstəqil idarə olan FBI-ın işinə müdaxilədə ittiham edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?